Akvamarin — solğun-mavidən açıq-yaşıla qədər rənglərdə mövcud ola bilən beril növü. Akvamarinin rəngi istiliklə dəyişdirilə bilər. Akuamarin Be3Al2Si6O18 kimyəvi tərkibinə malikdir və həmçinin Fe2+ ehtiva edir. Mineral Moos şkalası ilə 7,5 ilə 8 arasında sərtliyə malikdir. Akvamarin əsasən heç bir qarışıq ehtiva etməsə də, mika, hematit və ya duzlu su kimi birləşmələrdən ibarət qarışıqlara malik ola bilər. Akvamarin qiymətli daşdır.
Developed by StudentB